Quba rayonunda yeni artezian quyusu qazılması istiqamətində işlərə start verilib. Bu haqda ShimalNews 25 aprel tarixində məlumat verir.
İşlər Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşəbbüsü ilə Vəlvələ kəndi ərazisində görülür. Uzun illər kəndin bir hissəsində içməli su olmayıb. Quyu istismara veriləndən sonra təxminən 100 evin içməli suya olan tələbatı ödəniləcək.