Quba rayonunun Dəlləkli kəndində və Xaçmaz rayonunun Xudat şəhərində qaz xətlərində işlər aparılacaq. Bu barədə ShimalNews 31 may tarixində məlumat verir.
Qubada müharibə veteranına məxsus həyətyanı sahədə qaz xəttinin yeri dəyişdiriləcək. Bununla əlaqədar iyunun 3-ü saat 10:00-dan etibarən ümumilikdə 230 abonentin qaz təminatında fasilə yaranacaq.
Xudat şəhərində avadanlığın yenilənməsi ilə bağlı iyunun 3-ü saat 10:00-dan etibarən Xudat şəhəri və 29 yaşayış məntəqəsi olmaqla ümumilikdə 9.500 abonentin qaz təminatında fasilə yaranacaq.