Qubanın 223-cü diviziya küçəsində bir aya yaxındır ki, içməli su axır. Bu barədə ShimalNews 11 aprel tarixində məlumat verir.
İçməli su xəttinin zədələnməsi səbəbindən Şəhidlər xiyabanının qarşısı su və palçıq içindədir.
“Bir bayramdan o biri bayrama çatdıq, lakin boru hələ də qəzalıdır. Yolu keçən piyadaların üstü hər dəfə bulaşır, su isə israf olur” – deyə vətəndaş söyləyib.
Daha öncə baş verən kommunal qəza haqda məlumat vermişdik.