Quba şəhər küçələrinin birində yolun hərəkət hissəsinə maye axır. Bu barədə ShimalNews 26 yanvar tarixində məlumat verir.
Tutu Bikə küçəsində asfaltın altından su çıxır. Sakinlər deyirlər ki, o, təmiz olsa da, ətrafa xoşagəlməz qoxu yayılır. Bu səbəbdən suyun kanalizasiyaya aid, yaxud içməli xətdən olmasını dəqiq deyə bilmirlər.
Bu məsələ ilə bağlı 3 gün öncə müvafiq qurumlara müraciət olunub.
[video width="640" height="352" mp4="https://shimal.news/storage/photos/2023/01/15.mp4"][/video]