ShimalNews-un dəfələrlə gündəmə gətirdiyi Timiryazev qəsəbəsindəki antisanitar vəziyyətlə bağlı dövlət qurumu açıqlama verib. Bu barədə 2 fevral tarixində Oxu.az-a istinadən məlumat veririk.
Sakinlər bildiriblər ki, qəsəbədə zibil qutularının olmaması daim antisanitar vəziyyət yaradır. Bununla bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə müraciət olunub.
“Sözügedən ərazi xidmət əməkdaşlarının nəzarəti altında Quba rayonunun Timiryazev bələdiyyəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib”, - xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.