Səhər saatlarından başlayaraq Quba kəndlərində elektrik təminatı dayandırılıb. Bu barədə ShimalNews-a 13 yanvar tarixində sakinlərdən çoxsaylı məlumatlar daxil olub.
Bildirilib ki, Alekseyevka, Zizik, Nərimanabad, Bağbanlı, Qəcərzeyid kəndləri və Zərdabi qəsəbəsində işıq yoxdur. Sakinlərin sözlərinə görə, bu cür şaxtalı havada istilik sisteminin çalışmaması çətinliklər yaradıb. Müvafiq qurumlar isə elektrik təminatının kəsilməsini güclü küləklə əlaqələndirib.