Quba şəhərinin bəzi küçələrində kanalizasiya quyularının qapaqları hələ həmin quyuların içindədir. Bu barədə ShimalNews 20 dekabr tarixində məlumat verir.
Son günlər küçələr və səkilərin yenidən qurulması və asfaltlanması haqqında xəbər dərc etmişdik. Bu gün isə piyadaların iradı gündəmdədir.
Sakinlər bildirirlər ki, H.Əliyev prospekti, M.Əsədov və bir sıra digər küçələrdə təmir işlərinin fəsadları əmələ gəlib. Kanalizasiya quyularının qapaqları yol səthindən 20-30 sm dərinlikdə qalıb. Havanın qaranlıq vaxtı onlar “tələ” kimi buradan keçənləri gözləyirlər.