Qubanın bəzi küçələrində quyuların qapaqları açıqdır. Bu haqda ShimalNews 9 noyabr tarixində məlumat verir.
Sözügedən hal Zərdabi qəsəbəsində müşahidə olunur. Belə ki, Heydər Əliyev küçəsindəki səkidə yerləşən quyunun qapağı yoxdur.
Bundan əlavə, Füzuli İsayev küçəsində açıq quyu yolun hərəkət hissəsində yerləşir.
Sakinlərin sözlərinə görə, bu 2 hal həm onlar, həm də sürücülər üçün təhlükə yaradır.