Qubanın ən tanınmış turizm məkanlarının birində məişət tullantılarını kim hara istəyir, toplayır. Bu barədə ShimalNews 15 iyul tarixində məlumat verir.
Sakinlər bildirirlər ki, illərdir meşələrə, dərələrə və arxlara zibil atılır. Onların toplanması üçün xüsusi yer və ya qutular ayrılmayıb. Avtomobili olanlar tullantıları Quba şəhərinə aparır və orada zibil qablarına atırlar. Kimin nəqliyyat vasitəsi yoxdursa, o, çarəsizlikdən burada antisanitar vəziyyət yaradır.
Bu məsələ müvafiq qurumlara ünvanlanıb və həll ediləcəyinə vədlər verilib. Lakin illərdir qutular və poliqonla təmin edilməyən Qəçrəş ekoloji fəlakətə məruz qalır.
Mövzu ilə bağlı Qudyalçaya zibillikdən keçərək axan sudan və natəmizlikdən dəfələrlə məlumat vermişdik.
[caption id="attachment_44510" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_44509" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_44508" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_44507" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_44504" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]
[caption id="attachment_44506" align="alignnone" width="640"]
Photo Shimal.News[/caption]