Qubanın Zərdabi qəsəbəsində su borusu partlayıb. Bu haqda ShimalNews-a 19 aprel tarixində məlumat daxil olub.
Kommunal qəza Mikayıl Müşfiq küçəsində yaşanır. Sakinlərin sözlərinə görə, 10 gündən çoxdur ki, içməli sular küçə ilə axır. Onlar aidiyyəti qurumlara məlumat versələr də, məsələ həllini tapmayıb.
“Su borusunun partlaması nəticəsində axan su gölməçə yaradıb. Yaxşı kı, yaxınlıqda kanalizasiya xətti var, yoxsa küçəni təmiz su basardı”, - vətəndaş bildirib.