Qubada 9 il öncə çəkilən kanalizasiya xətti tam başa çatdırılmayıb. Bu haqda ShimalNews 26 aprel tarixində “Xezerxeber.az”a istinadən məlumat verir.
Bu hal Dəvədabanı yaşayış massivində yaşanır. Küçələrə axan kanalizasiya suları sakinlərin özləri tərəfindən kənarlaşdırılır. Buna səbəb çəkilən xətlərin ana xəttə qoşulmamasıdır.
Məsələ ilə bağlı “Azərsu”nun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən yaşayış massivində kanalizasiya işləri tam yekunlaşmayıb. Regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Quba şəhəri, o cümlədən Dəvədabanı yaşayış massivində işlərin yekunlaşması ilə bağlı layihə hazırlanıb. Dövlət büdcəsindən investisiya ayrıldıqda işlərin icrasına başlanılacaq.