Quba şəhərində kanalizasiya daşıb. Bu haqda ShimalNews-a 7 iyul tarixində məlumat daxil olub.
Hadisə Fətəlixan küçəsində baş verib. Sakinlər bildirirlər ki, çirkab artıq 10 gündən çoxdur küçə boyunca axır.
“Aidiyyəti qurumlara müraciət olunsa da, məsələ hələ həllini tapmayıb. Havanın isti keçməsi vəziyyəti daha da çətinləşdirir. Çünki üfunət səbəbindən ərazidən keçmək olmur”, - deyə vətəndaş bidlirib.