Quba rayonunda 300-ə yaxın abonent təbii qazla təmin olunacaq. Bu barədə ShimalNews 2 fevral tarixində Azərtac-a istinadən məlumat verir.
Cimi kəndinin qazlaşdırılması “Azəriqaz” İB tərəfindən başlanılıb. Bu proses üçün Qonaqkənd qəsəbəsindən polietilen borularla 8 min 500 metr uzunluğunda daşıyıcı xətt çəkilib. Kənddə qazlaşma işlərinin 60 faizi yekunlaşıb.
Bundan əlavə, yaxın günlərdə Aşağı Xanəgah kəndinin 35 abonenti təbii qazla təmin olunacaq.
Həmçinin Xaçmazın Maqsudkənd və Şabranın Ərəblər kəndlərinin qazlaşdırılması işləri yekunlaşıb. Ümumilikdə 232 abonentin təbii qazla təmin olunması üçün son tamamlama işləri aparılır.