Bu gün Quba rayonunun bir hissəsinin qaz təminatında fasilə yaranacaq. Bu barədə ShimalNews 5 mart tarixində məlumat verir.
Nügədi kəndində istismarda olan d-219 mm-lik qaz xəttində diametri 315 mm-lik yeraltı qaz kəmərində aşkar edilmiş sızmaların ləğvi istiqamətində işlər aparılacaq.Bununla əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.