Qubada suvarma kanalının ətrafı zibilliyə çevrilib. Bu haqda ShimalNews 28 sentyabr tarixində məlumat verir.
Bu hal Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisində illərdir müşahidə olunur. Tullantılar ətraf əraziyə və axar suya atılır, nəticədə Samur-Abşeron suvarma kanalının ekoloji durumuna ziyan dəyir.
Sakinlər bunu zibil qutuların olmaması ilə əlaqələndirirlər. Təmizlik tədbirləri isə uzun intervallarla görülür.
Daha öncə İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları Susay, Alpan, Hacıhüseynli kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılmasını aşkar ediblər. Nəticədə 3 kəndin bələdiyyə sədrləri barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/09/Sequence-026.mp4"][/video]