Quba rayonu Bağçalı kəndinin qazlaşdırılmaması səbəbindən sakinlər çətinlik yaşayırlar. Bu haqda ShimalNews 20 iyul tarixində AzTV-yə istinadən məlumat verir.
Mavi yanacaq sarıdan əziyyət çəkən vətəndaşlar bildirirlər ki, kəsildiyinə görə ağacların sayı, bağların da sahəsi hər il azalır.
“Bizim kəndin ətrafındakı meşələr “Şahdağ” milli park qoruğuna daxil edilib. Artıq 5 il olar. Ona görə də kəndimizin əhalisi gedib meşədən odun gətirə bilmir. Odun da baha qiymətə satılır. Bir maşın hardasa 700 manata başa gəlir, qışda isə bir ailəyə ən azı 4 maşın odun lazım olur,” - kənd sakini söyləyib.
Onlar, həmçinin qeyd edirlər ki, qaz olmadığı üçün elektrik enerjisindən çox istifadə edilir. Bu səbəbdən naqillərdə tez-tez qırılmalar qeydə alınır.
Bağçalıda, həmçinin yolsuzluq problemi yaşanır. Kəndarası yollar asfaltlansa da, Bağçalı ilə Məckəxacə kəndini birləşdirən yol təmirsiz vəziyyətdədir.
Mələsə ilə bağlı Rustov İnzibati Ərazi Dairəsinin nümayəndəliyindən bildirildi ki, Bağçalı və daha iki kəndin qazlaşdırılması layihəsi artıq hazırdır və növbəti il həmin ərazilərə mavi yanacaq veriləcək. Kəndiçi yolların təmiri ilə bağlı işlər isə nəzərdə tutulmayıb.