Qubada su qıtlığının səbəbi açıqlanıb. Bu haqda ShimalNews 18 iyul tarixində “Azərsu” ASC-yə istinadən məlumat verir.
Son müddət Qudyalçayın səviyyəsi artıb və suyu bulanıq olub. Bu səbəbdən Quba şəhərininTimiryazev qəsəbəsində və Mirzəməmmədkənddə içməli suyun verilişində məhdudiyyətlər tətbiq edilir.
Daha öncə Fətəlixan küçəsi və yaxınlıqda olan mənzillərdə 4 gün suyun olmaması haqda xəbər vermişdik.