Sabah Qubanın bır sıra ərazilərinin qaz təminatında fasilə yaranacaq. Bu barədə ShimalNews 1 avqust tarixində məlumat verir.
Ağbil kəndində yeni çəkilmiş olan diametri 108 mm-lik qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar olaraq, 2 avqust saat 10:00-dan etibarən işlər tamamlanana qədər qaz təchizatı dayandırılacaq. Həmin müddətdə ümumilikdə 427 abonentin qaz təminatında fasilə yaranacaq.