Qubanın bəzi ərazilərində sabah qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu haqda ShimalNews 28 mart tarixində Azəriqaz İB-yə istinadən məlumat verir.
29 mart saat 10:00-dan Quba rayonunun 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində aşkar edilmiş qaz sızmalarının ləğvi ilə əlaqədar təchizat dayandırılacaq.
Təmir-bərpa işləri aparılan müddətdə 18 yaşayış məntəqəsində qaz olmayacaq.