Bu gündən İsmayıllının daha bir kəndi mavi yanacaqla təmin olunub. Bu barədə ShimalNews 7 iyul tarixində İsmayıllı RİH-yə istinadən məlumat verir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq, Güyüm kəndi mavi yanacaqla təmin olunub.
Bu münasibətlə icra başçısı Nahid Bağırov kənddə olub. O, aparılan işlərlə tanış olub və sakinlərlə görüşüb.