Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektində yerləşən 60 və 66a nömrəli binaların sakinləri həyətdə yaranan antisanitar vəziyyətdən narazıdırlar.
Onlar Shimal.News-a bildiriblər ki, binanın həyəti illər əvvəl satılıb və burada tikintiyə başlanılsa da, işlər yarımçıq saxlanılıb. İndi həmin ərazi zibilliyə çevrilib.
Sakinlərin sözlərinə görə, zibil qutularına atılan tullantıları küçə itləri tikilinin içinə daşıyır. Nəticədə həyətdə üfunət iyindən oturmaq mümkün olmur.
Tullantıların daşınması zamanı yalnız qutudakı məişət zibilləri toplanır. Tikilinin içində toplanan və itlərin daşıdığı tullantılar isə aylarla yığılır, həyətdə antisanitariya və sağlamlıq üçün təhlükə yaradır.
Sakinlər problemin aradan qaldırılması üçün zibil qutularının qapaqlı, müasir qutularla əvəz olunmasını tələb edirlər.