“İsmayıllı” və “Talıstan” qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində qaz sızmaları aşkar olunub. Bu haqda ShimalNews 14 fevral tarixində məlumat verir.
Bu gün mavi yanacaq təminatında fasilələr ola bilər. Sabah, fevralın 15-i saat 09:00-dan başlayaraq təmir işləri başa çatanadək qazın verilməsi tam dayandırılacaq.