İsmayıllı rayonunda “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 17 fevral tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Səyyar qəbul fevralın 22-də saat 11:00-da Ruşan kəndində (İcra nümayəndəliyinin qarşısında) baş tutacaq.
Vətəndaşlar aksiyanın imkanlarından yararlanaraq, onları narahat edən məsələləri və təklifləri səsləndirə bilərlər.