İsmayıllı rayonunun Soltankəndində suyun olmaması sakinləri çıxılmaz vəziyyətə salıb. Bu haqda ShimalNews 22 iyul tarixində Xəzər Xəbər-ə istinadən məlumat verir.
Burada insanlar yağış suyundan istifadə edirlər. Qonaq gələn şəxslərdən isə bəzən özləri ilə su gətirmələrini istəyirlər.
Sakinlər iddia edirlər ki, yaranmış vəziyyətin bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Daha dəqiq isə meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır.
Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat əldə olunub. Bildirilib ki, Soltankənd və digər kəndlərə çəkilən yeni su xətləri və anbarlar sınaq mərhələsindədir. Yoxlamadan sonra içməli suyun daimi veriləcəyi nəzərdə tutulub. Vətəndaşların hazırda üzləşdiyi su qıtlığı müvəqqətidir və yaxın günlərdə məsələ öz həllini tapacaq.