İsmayıllıya məişət tullantıları üçün yeni konteynerlər gətirilib. Bu barədə ShimalNews 15 fevral tarixində İsmayıllı RİH-yə istinadən məlumat verir.
Zibil qutuları rayonun sanitar təmizliyini qorumaq məqsədilə qoyulacaq. Yaxın günlərdə müxtəlif ərazilərə ümumilikdə sayı 75 olmaqla 50 ədəd plastik, 25 ədəd dəmirdən olan konteynerlər yerləşdiriləcək.
Daha öncə, İsmayıllıda yerləşdirilən konteynerlər haqda məlumat vermişdik.