Bu gün İsmayıllı rayonunda qaz təminatı dayandırılacaq. Bu barədə ShimalNews 14 iyun tarixində RİH-yə istinadən məlumat verir.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata əsasən, saat 09:30-dan etibarən qaz xətləri təmir ediləcək. Bu səbəbdən şəhər mərkəzində, Cülyan, Buynuz, Topçu, Qalınçaq, Quşencə, Zoğallıq, Göytəpə, Xanagah, Qurbanəfəndi, İstisu, Sumağallı, Çayqovuşan və Qalacıq kəndlərində məhdudiyyətlər yaranacaq.