İsmayıllı şəhəri ərazisində qaz təminatında fasilə olacaq. Bu haqda ShimalNews 25 dekabr tarixində məlumat verir.
Məhdudiyyət 27 dekabr saat 09:30-dan etibarən yeni inşa olunan qaz xətlərinin daşıyıcı qaz xətlərinə birləşdirilməsi və mövcud olan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar yaşanacaq.