Sabah İsmayıllının bir sıra ərazilərinin qaz təminatında fasilə olacaq. Bu haqda ShimalNews 27 iyul tarixində məlumat verir.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, 28 iyul saat 09:30-dan etibarən təmir işləri başlayacaq. Onlar başa çatanadək İsmayıllı şəhəri, Cülyan, Buynuz, Topçu, Qalınçaq, Quşencə, Zoğallıq, Göytəpə, Xanagah, Qurbanəfəndi, İstisu, Sumağallı, Çayqovuşan, Qalacıq, Talıstan, Diyallı, 2-ci Yeniyol, Təzəkənd, 1-ci Yeniyol, Qaraqaya, Gəndov, Namazgah, Lahıc, Ərəgit, Zeyvə, Bizlan, Basqal, Zərgəran və Tircan kəndlərində qaz verilişində məhdudiyyətlər yaranacaq.