İsmayıllıda bu gün saat 9:00-dan başlayaraq qaz təchizatında fasilə yaranıb. Bu barədə ShimalNews 6 oktyabr tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Məlumata görə, “İvanovka” Qaz Paylayıcı Stansiyasında (QPS) təmir işləri aparılır. Qızdırıcı sobanın giriş və çıxış xətlərinin girişində kranlar dəyişdirilir.
İşlərin nə vaxt yekunlaşacağı açıqlanmayıb.