İsmayıllı rayonunun mərkəzində antisanitar vəziyyət yaşanır. Bu haqda ShimalNews 5 avqust tarixində “Xezerxeber”ə istinadən məlumat verir.
Sakinlər bildirirlər ki, Heydər Əliyev prospektindən keçən beton kanala axıdılan çirkab sular üfunət yaradır. Buna səbəb 10 il bundan əvvəl abadlıq-quruculuq işləri aparılan zaman sözügedən beton kanalın rayonu iki hisəyə bölməsi və bəndin üzərinin bərkidiməsi olub. Vətəndaşdar qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi olmayıb.
İsmayıllı Sukanal Sahəsindən bildirilib ki, kanal qurumun balansında olmadığı üçün məsələ aidiyyəti orqanlara yönəldilib. Qısa müddətdə müvafiq tədbirlər görüləcək.