İsmayıllıda içməli su təchizatının yaxşılaşdırılmasına 15 milyon manat xərclənəcək. Bu haqda ShimalNews 26 dekabr tarixində FED.az-a istinadən məlumat verir.
“Azərsu” ASC tenderin nəticələrini elan edib. İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması işləri “T.T.Ş.-İnşaat” MMC tərəfindən aparılacaq. Şirkətlə 15 205 025 manat məbləğində müqavilə imzalanıb.