İsmayıllıda suyun verilişində fasilələr yarana bilər. Bu haqda ShimalNews 9 iyul tarixində xəbər verir.
"Azərsu" ASC-nin 6№-li Regional Sukanal İdarəsinin məlumatına əsasən, sabah, 10 iyul tarixində şəhərin bəzi ərazilərində su təminatının dayandırılması planlaşdırılır. Buna səbəb Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun bir hissəsindəki magistral su kəmərinin mühafizəsi və köçürülməsidir.