Ruslan Əliyev İsmayıllıda sakinləri qəbul edib. Bu haqda ShimalNews 15 fevral tarixində SOCAR "Azəriqaz" İB-nin baş direktoruna istinadən məlumat verir.
Heydər Əliyev Mərkəzində keçirilən görüşdə İsmayıllı və Ağsu rayonundan 25 sakinin problem və təklifləri dinlənilib. Görüşdə,həmçinin Ağsu Regional qaz istismarı İdarəsinin sədri, idarə və müəssisə, eləcə də xidmət sahəsinin rəhbər şəxsləri iştirak ediblər.
Qaldırılan məsələlərin həlli barədə Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.