“Azəriqaz” İB-nin rəhbərliyi İsmayıllıda sakinlərlə görüş keçirəcək. Bu barədə ShimalNews 10 fevral tarixində İTV-yə istinadən xəbər verir.
Tədbir fevralın 13-ü saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Burada İsmayıllı və Ağsu sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər 050 845 75 15 və 020 28 5 40 45 telefon nömrələrinə müraciət edə bilərlər.