top
Giləzinin direktoru həbs edildi: 400 tonluq təhlükəli toyuq əti qalmaqalı
Bu gün, 10:41
- ↺ +

"Giləzi"nin direktoru həbs edildi: 400 tonluq təhlükəli toyuq əti qalmaqalı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" MMC-də yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulu aşkarlanıb. Faktla bağlı üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilib.

Məlumata görə, AQTA tərəfindən cəmiyyətin saxlama anbarlarında yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsulları aşkar edildikdən sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

İlkin istintaqla cəmiyyətə faktiki rəhbərlik edən Mahir Mirzəyevin, direktor Elşən Usubovun və kəsim sexinin müdiri Nazim Məmmədovun qabaqcadan əlbir olaraq insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş 400 tondan artıq toyuq ətini yararlı məhsullarla birlikdə satış məqsədilə saxladıqları barədə əsaslı şübhələr müəyyən edilib. Hadisənin Xızı rayonunda yerləşən istehsal sahəsində baş verdiyi bildirilir.

Hər üç şəxs Cinayət Məcəlləsinin qida məhsullarının təhlükəsizlik tələblərinə cavab verməməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Məhkəmənin qərarı ilə Elşən Usubov barəsində həbs, Mahir Mirzəyev və Nazim Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. İstintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 10:36

Fermerlərə kredit güzəşti: 19 faizini dövlət ödəyəcək

İdman
Bu gün, 10:02

Qusarlı idmançılar paytaxtdan əlidolu qayıtdılar: 7 qızıl, 4 gümüş, 2 bürünc

Hadisə
Bu gün, 09:05

Şamaxını yerlə-yeksan edən zəlzələ - 359 il əvvəl nə baş vermişdi?

Cəmiyyət
Bu gün, 00:01

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Hadisə
Dünən, 18:08

Su axır, faciələr isə təkrarlanır

Cəmiyyət
Dünən, 17:33

Külək güclənəcək - XƏBƏRDARLIQ

Cəmiyyət
Dünən, 16:54

İlin ilk Super Ayı bu gün görünəcək

Kriminal
Dünən, 16:12

Qubada zəngə cavab verməyən qadın döyüldü

Cəmiyyət
Dünən, 15:00

Bir addımda təhlükə: Qubada piyada körpüsü bu haldadır

Cəmiyyət
Dünən, 14:05

Qubada bu ağac hər an aşa bilər  - təhlükə qaçınılmazdır

Cəmiyyət
Dünən, 13:20

Bakı–Şamaxı yolunda asfalt niyə dalğalanır?

Cəmiyyət
Dünən, 12:36

Sabah Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 12:00

Qusarın iki kəndində yeni məktəblər tikiləcək

Hadisə
Dünən, 11:10

Qubada 3-cü sinif şagirdi vəfat edib

Cəmiyyət
Dünən, 10:14

Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür

Cəmiyyət
Dünən, 09:08

Xaçmazda nəhəng ağac aşmaq üzrədir

İqtisadiyyat
23 noyabr 2026, 17:37

Zaqatalada xurma ucuzlaşdı: Fermerlər ötən illəri xatırladılar

Cəmiyyət
23 noyabr 2026, 16:40

Ödənişli yolda yeni radar - FOTO

Hadisə
23 noyabr 2026, 15:57

Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

Cəmiyyət
23 noyabr 2026, 15:08

Zaqatala Dövlət Kollecində yeni direktor müavini təyin edildi

Cəmiyyət
23 noyabr 2026, 14:33

Leytenant rütbəsində xidmət müddəti azaldıldı – kimlərə şamil olunur?

Cəmiyyət
23 noyabr 2026, 14:00

Fərid Qayıbov Xızıda vətəndaşları qəbul edəcək

Hadisə
23 noyabr 2026, 13:20

"Su kəsilsin, Xəyalı tapım" - Qubada itkin düşən gəncin qayınatası kömək istəyir

Oxşar xəbərlər