top
Su axır, faciələr isə təkrarlanır
Video
Bu gün, 18:08
- ↺ +

Su axır, faciələr isə təkrarlanır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir anlıq diqqətsizlik insanın həyatına başa gələ bilər. Bəs yaşayış məntəqələrinin içindən keçən, hər gün insanların yanından ötüb keçdiyi su kanalları nə dərəcədə təhlükəsizdir? Daha vacibi, bu təhlükənin qarşısını almaq üçün nə edilir?

Qubada 28 yaşlı Xəyal Muradovun noyabrın 22-də su kanalına düşərək itkin düşməsi bu sualları yenidən gündəmə gətirib. Məlumata görə, o, avtomobilini saxlayaraq əlini yumaq istəyərkən kanala yıxılıb və güclü su axını onu aparıb.

Bu, son aylarda qeydə alınan yeganə hadisə deyil. 2026-cı ilin yayında Kürdəmir, Tovuz, İsmayıllı, Göyçay, Ucar, Bərdə və Mingəçevirdə su kanallarında boğulma hadisələri baş verib. Onların arasında uşaqlar və yeniyetmələr də olub.

Fövqəladə Hallar Nazirliyinin 29 sentyabr tarixli açıqlamasına görə, 2026-cı il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində 64 nəfərin meyiti sudan çıxarılıb. Ötən ilin eyni dövründə bu rəqəm 85 olub. Ümumi göstəricidə azalma olsa da, suvarma kanalları üzrə vəziyyət diqqət çəkir. Belə ki, həmin müddətdə kanallardan 18 nəfərin meyiti çıxarılıb. Bu, dənizdən sonra ən yüksək göstəricidir.

Bəs bu faciələrin qarşısını almaq üçün nə edilir?

Güclü su axını, sürüşkən beton sahillər, qoruyucu çəpərlərin və xəbərdarlıq nişanlarının olmaması kanalları daha təhlükəli edir. Xüsusilə yaşayış məntəqələrindən keçən, insanların gündəlik istifadə etdiyi ərazilərdə risk artır.

Maraqlıdır ki, Nazirlər Kabinetinin 2008-ci il 8 may tarixli, 112 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarda kanallar və hidrotexniki qurğular üzərində müntəzəm nəzarət, təhlükəli halların vaxtında aradan qaldırılması nəzərdə tutulur.

Bəs bu tələblər praktikada nə dərəcədə yerinə yetirilir? Yaşayış məntəqələrinə yaxın kanalların təhlükəli hissələri niyə daha yaxşı qorunmur?

Bütün kanalları hasarlamaq mümkün olmasa da, riskli sahələrdə qoruyucu baryerlərin, xəbərdarlıq lövhələrinin və təhlükəsiz keçidlərin yaradılması vacibdir.

Çünki əsas məsələ faciədən sonra axtarış aparmaq deyil, faciənin qarşısını əvvəlcədən almaqdır. Suvarma kanallarından çıxarılan 18 nəfərin meyiti bu problemin artıq ciddi təhlükəsizlik məsələsi olduğunu göstərir. Vaxtında görülən bir tədbir bir insanın həyatını xilas edə bilər.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:33

Külək güclənəcək - XƏBƏRDARLIQ

Cəmiyyət
Bu gün, 16:54

İlin ilk Super Ayı bu gün görünəcək

Kriminal
Bu gün, 16:12

Qubada zəngə cavab verməyən qadın döyüldü

Cəmiyyət
Bu gün, 15:00

Bir addımda təhlükə: Qubada piyada körpüsü bu haldadır

Cəmiyyət
Bu gün, 14:05

Qubada bu ağac hər an aşa bilər  - təhlükə qaçınılmazdır

Cəmiyyət
Bu gün, 13:20

Bakı–Şamaxı yolunda asfalt niyə dalğalanır?

Cəmiyyət
Bu gün, 12:36

Sabah Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 12:00

Qusarın iki kəndində yeni məktəblər tikiləcək

Hadisə
Bu gün, 11:10

Qubada 3-cü sinif şagirdi vəfat edib

Cəmiyyət
Bu gün, 10:14

Milli Qəhrəman Çingiz Qurbanovun doğum günüdür

Cəmiyyət
Bu gün, 09:08

Xaçmazda nəhəng ağac aşmaq üzrədir

İqtisadiyyat
Dünən, 17:37

Zaqatalada xurma ucuzlaşdı: Fermerlər ötən illəri xatırladılar

Cəmiyyət
Dünən, 16:40

Ödənişli yolda yeni radar - FOTO

Hadisə
Dünən, 15:57

Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi

Cəmiyyət
Dünən, 15:08

Zaqatala Dövlət Kollecində yeni direktor müavini təyin edildi

Cəmiyyət
Dünən, 14:33

Leytenant rütbəsində xidmət müddəti azaldıldı – kimlərə şamil olunur?

Cəmiyyət
Dünən, 14:00

Fərid Qayıbov Xızıda vətəndaşları qəbul edəcək

Hadisə
Dünən, 13:20

"Su kəsilsin, Xəyalı tapım" - Qubada itkin düşən gəncin qayınatası kömək istəyir

Cəmiyyət
Dünən, 11:31

Qaxda pizzanı yük maşınında bişirirlər - VİDEO

Hadisə
Dünən, 10:43

Qubada əlini yumaq istəyən kişi su kanalına düşdü - ÖZƏL

Hadisə
Dünən, 10:16

Xaçmazda ağır qəza: bir ailənin altı üzvü xəsarət aldı - YENİLƏNİB

Cəmiyyət
Dünən, 09:30

Şimallı igid şəhidlərimizin doğum günüdür

İdman
21 noyabr 2026, 17:21

"Şamaxı" məğlub oldu

Oxşar xəbərlər