Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni elektron tərəzi quraşdırılıb.
Elektron tərəzi M-1 avtomobil yolunun 191,3-cü kilometrliyində (Qusar rayonu, Samur qəsəbəsi, paytaxt istiqaməti) yerləşir. Nəzarət tədbirlərinə noyabrın 30-dan başlanılacaq.
Elektron tərəzinin quraşdırılmasında əsas məqsəd yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və hərəkət təhlükəsizliyinin təmin edilməsidir.
Daşıyıcılardan avtomobillərin qabarit və çəki göstəriciləri, eləcə də oxa düşən kütlə ilə bağlı müəyyən edilmiş tələblərə əməl etmələri xahiş olunur.