Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza avqustun 27-də saat 01:40 radələrində Qaraçı kəndində qeydə alınıb.
Kənd sakini Rəşad Məmmədseyidovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 17 yaşlı Böyükağa Abasovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: Bizim.Media