Siyəzən rayonunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un məlumatına görə, hadisə dünən Bakı-Quba yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan TİR qarşısındakı yük avtomobilinə çırpılıb. Zərbədən sonra yük avtomobili yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.