top
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanan azərbaycanlılar daha 8 gün həbsdə qalacaqlar
03 sentyabr 2026, 13:03
- ↺ +

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanan azərbaycanlılar daha 8 gün həbsdə qalacaqlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Kipr Türk Respublikasında sərnişin gəmisinin batması ilə bağlı həbs edilən şəxslər arasında daha bir Azərbaycan vətəndaşının olduğu məlum olub.

Belə ki, qəza ilə bağlı avqustun 31-də 14 ekipaj üzvü məhkəmə qarşısına çıxarılıb. Onlardan 9-u barəsində 3 günlük həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər arasında 3 Azərbaycan vətəndaşı - Xaçmaz sakini Valeh Hümbətov, Bakı sakini Rəşad İbrahimov və Şabran sakini Qədir Quliyev də var.

Qeyd edək ki, bu gün keçirilən məhkəmədə kapitanın Türkiyədən aldığı gəmiçilik vəsiqəsinin işinə 10 il fasilə verdiyi və yenilənmədiyi üçün qüvvəsini itirdiyi məlum olub. Məhkəmədə kapitanın daha sonra Yunanıstanda 3 500 dollar qarşılığında yeni vəsiqə aldığı və Şimali Kiprdə müvafiq sənəd əldə edərək gəmini idarə etdiyi bildirilib. Məhkəmənin qərarı ilə şübhəlilər istintaq çərçivəsində daha 8 gün həbsdə saxlanılacaq.

Hadisə ilə bağlı Valeh Hümbətovun anası Yeganə Hümbətova bildirib ki, oğlu ilə sonuncu dəfə hadisədən bir neçə saat sonra danışa bilib.

"Bir qızım, bir oğlum var. Oğlum Valeh Hümbətov 28 yaşındadır. Bakıda təhsil alıb. İlk dəfə Türkiyəyə gəmidə işləməyə getmişdi. Bundan əvvəl yük gəmisində 5 ay müddətində matros kimi çalışıb. Bir ay olardı ki, sərnişin gəmisinə keçmişdi. Elə hər iki gəmi eyni şirkətə məxsusdur. Bu ay rayona qayıtmalı idi".

Y.Hümbətova bildirib ki, gəmi qəzası zamanı oğlu nişanlısına batdıqları barədə qısa məlumat verib:
"Nişanlısı bizə xəbər verdi. Qəzadan bir neçə saat sonra ona zəng etdim, dedi ki, camaatı xilas edirlər, quruya çıxanda zəng edəcək. Bir dəfə çox qısa danışdıq. Ondan sonra bir dəfə nişanlısı ilə danışıb, deyib ki, onları nəzarətə götürürlər. Ondan sonra əlaqə saxlaya bilmirik".

Saxlanılan Qədir Quliyevin qardaşı Nurət Quliyev isə hazırda onunla heç bir əlaqə saxlaya bilmədiklərini deyib.

"Əslən Şabrandanıq və rayonda yaşayırıq. Qardaşımın 22 yaşı var. Ailədə 3 oğlanıq, Qədir ən böyüyümüzdür, subaydır. Aprel ayından eyni gəmidə çalışır, vəzifəsi matros olub. Qəzadan sonra anama xəbər edib və deyib ki, gəmi batıb, lakin sağdırlar. Bildirib ki, onları izahat vermək üçün aparıblar".

Ailə üzvünün sözlərinə görə, Qədirin çalışdığı gəmi şirkətinin nümayəndələri atası ilə əlaqə saxlayaraq narahatlığa əsas olmadığını bildiriblər.

Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində sərnişin gəmisi qəzaya uğrayaraq batıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb, 19 sərnişin üçün isə axtarış-xilasetmə işləri davam etdirilir.

Mənbə: Report.аz

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər