top
Şimali Kiprdə batan gəmi: Xaçmaz sakini həbs edildi
02 sentyabr 2026, 16:09
- ↺ +

Şimali Kiprdə batan gəmi: Xaçmaz sakini həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimali Kipr Türk Respublikasında sərnişin gəmisinin batması ilə bağlı 9 nəfər, o cümlədən Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Avqustun 30-da Girnə limanından Türkiyənin Mersin vilayətinin Taşucu limanına hərəkət edən sərnişin gəmisi qəzaya uğrayaraq batıb. Hadisə zamanı gəmidə ekipaj üzvləri də daxil olmaqla 267 nəfərin olduğu bildirilir. Qəza nəticəsində 8 nəfər həyatını itirib, 20 nəfər isə itkin düşüb.

Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman qəzaya uğrayan gəminin qalıqlarının tapıldığını açıqlayıb.
Qəza ilə bağlı avqustun 31-də 14 nəfər ekipaj üzvü məhkəmə qarşısına çıxarılıb. Onlardan 9-u barəsində 3 günlük həbs qətimkan tədbiri seçilib.

Shimal.News-un əldə etdiyi məlumata görə, həbs edilən Valeh Vüqar oğlu Hümmətov Xaçmaz rayonunun Palçıqoba kəndindəndir. O, qəza zamanı gəmidə ekipaj üzvü kimi çalışıb.

Məhkəmə prosesində şirkətin direktoru Ali Özdülger, gəmi kapitanı Mustafa Öz, ikinci kapitan Merve Nur Seraslan, baş mexanik Zeki Öz, ikinci mexanik Metin Gül, ekipaj üzvləri Sertan Erol, Kadir Kuliyev, Valeh Hümmətov və Rəşad İbrahimov barəsində "ehtiyatsızlıq və diqqətsizlik nəticəsində ölümə səbəb olma" ittihamı irəli sürülüb.

Saxlanılan şəxslərin vəkili isə onların üzərlərinə düşən vəzifələri yerinə yetirdiklərini bildirib. Müdafiə tərəfinin sözlərinə görə, gəminin bütün zəruri icazələri olub və qəza zamanı ekipaj üzvləri sərnişinlərin xilas edilməsinə kömək göstəriblər. Vəkil ekipaj üzvlərinin sərnişinlərə yardım etdiyini əks etdirən görüntülərin də mövcud olduğunu qeyd edib.

Qəzanın şahidləri də hadisə zamanı azərbaycanlı ekipaj üzvünün sərnişinlərə kömək etmək üçün ciddi səy göstərdiyini bildiriblər.
Hazırda gəminin batmasının səbəbləri, eləcə də qəza zamanı ekipaj üzvlərinin hərəkətləri ilə bağlı araşdırma davam edir. Saxlanılan şəxslərin təqsiri isə məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək.

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər