Şəkinin Cəyirli kəndi ərazisində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, ilkin məlumata görə, avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Həsrətov, 37 yaşlı Musa Mirzəyev və 36 yaşlı Rahim Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.