Şamaxının Çuxuryurd kəndi ərazisində "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində iki nəfər həyatını itirib.
Shimal.News-un məlumatına görə, hadisə zamanı avtomobil idarəetmədən çıxaraq dərəyə düşüb və ağaca çırpılıb.
Qəza nəticəsində 1951-ci il təvəllüdlü Mətləb Aslanov və 1956-cı il təvəllüdlü Şövkət Aslanova aldıqları xəsarətlərdən ölüblər.
FHN-in xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalan şəxslərin meyitlərini dərədən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.![]()
![]()
Foto: Azərtac