Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük maşını ilə "Hyundai" markalı avtomobil toqquşub. Hadisə zamanı avtomobildə olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Azərtac