Qusar rayonunun Bədirqala kəndində 4 yaşlı uşağın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, Bakıdan anası ilə birlikdə kəndə qonaq gələn 4 yaşlı Əliyev Yaqub Samət oğlu avtobusdan düşərək yolu keçmək istəyib. Bu zaman uşağı "QazEl" markalı avtomobil vurub.
Ağır xəsarətlər alan Yaqub Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Azərtac