Quba rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatına görə, qəza saat 14:00 radələrində Bakı–Quba yolunun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "İveco" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.![]()
Mənbə: Apa.az