Quba-Qəçrəş yolunda yük avtomobili dərəyə aşıb.
Shimal.News-un məlumatına görə, hadisə ötən gün baş verib.
İlkin məlumata əsasən, "KamAZ" markalı avtomobil minik avtomobili ilə toqquşmamaq üçün manevr edib. Nəticədə sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində yük avtomobili yararsız vəziyyətə düşüb.
Hadisə zamanı xəsarət alanların olub-olmaması araşdırılır.