Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan bir neçə nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.аz