Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, hadisə Qaraməryəm–İsmayıllı–Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobildə olan bir qadının xəsarət aldığı bildirilir.
Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.