Oğuz rayonunun Şirvanlı kəndində mal tövləsində yanğın baş verib.
Shimal.News-a daxil olan məlumata görə, hadisə kənd sakini Mərdan Hümbətovun təsərrüfatında qeydə alınıb.
Yanğınla bağlı əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində tövlə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.![]()